"Çox narahat deyilik, amma üzərində təzyiq var və çox şişirdilir"

21 Oktyabr 2021 00:00 İngiltərə 329
"Çox narahat deyilik, amma üzərində təzyiq var və çox şişirdilir"

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel komandanın futbolçusu Romelu Lukaku haqda danışıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis, belçikalı hücumçunun şişirdildiyini deyib:

“Lukakunu şişirtdiklərini düşünürəm. O, bu il çox oyuna çıxıb və hələ də davam edir. Lukaku möhtəşəm idmançıdır və hər zaman rəqabətə hazırdır.

Onun mənəvi olaraq yorulduğunu hiss edirəm. Çox narahat deyilik, amma üzərində təzyiq var və çox şişirdilir”.

Lukaku “Çelsi” ilə 10 oyunda 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti