“Mən məşqçiyəm, koronavirusu araşdıran alim yox”

1 Oktyabr 2021 12:00 İngiltərə 446
“Mən məşqçiyəm, koronavirusu araşdıran alim yox”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel komanda üzvlərini koronavirusa qarşı peyvənd olunmağa məcbur etmir.

Sportinfo.az xəbər verir ki, bu barədə alman mütəxəssis “The Telegraph” nəşrinə açıqlamasında deyib:

“Komanda üzvləri vaksinasiya üçün məcbur deyil. Düşünürəm ki, peyvənd bizi yaxşı müdafiə edir. Mən özüm peyvənd olunmuşam və qərarı özüm qəbul etmişəm. Kimdənsə məsləhət almamışam.

Mən məşqçiyəm, koronavirusu araşdıran alim yox. Koronavirusla bağlı sualları bu sahənin ixtisaslaşmış həkimlərinə verin”.

“Çelsi”də yarımmüdafiəçi Nqolo Kante koronavirusa yoluxub.

Digər Xəbərlər
Xəbər Lenti