“Neftçi”: Yeni struktur təsdiqləndi, yeni simalar iş başına gətirildi

26 Sentyabr 2023 12:40 Neftçi 2 436
“Neftçi”: Yeni struktur təsdiqləndi, yeni simalar iş başına gətirildi

Bu gün “Neftçi”nin yeni strukturu təsdiqlənib.

Klubun rəsmi saytı bununla bağlı açıqlama yayıb.

Açıqlamaya əsasən, paytaxt təmsilçisinə Müşahidə Şurası rəhbərlik edir.

Baş icraçı direktor Fərrux Mahmudov, Müşahidə Şurasının idman üzrə müşaviri isə Kamil Məmmədovdur. Strukturda yeni departamentlər qruplaşdırılıb.

İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir.

“Neftçi”nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Buna əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir.

Oktyabrın 1-dək burada islahatlar davam etdiriləcək. Yenə gedənlər və gələnlər olacaq. İşçi heyətinin genişləndirilməsi gözlənilir.

«Neftçi»TV-yə nəzarət də artıq əl dəyişib. Bir neçə il öncə Rüstəm Allahverdiyev tərəfindən yaradılan «yutub» kanalına nəzarət A.İbrahimliyə keçib.

Mətbuat katibi vəzifəsini isə tanınmış jurnalist Emin Əfəndi yerinə yetirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti