Premyer Liqa təmsilçisi “Barselona”nın futbolçusuna “elçi düşdü”

16 İyul 2021 01:38 İngiltərə 545
Premyer Liqa təmsilçisi “Barselona”nın futbolçusuna “elçi düşdü”

“Barselona”nın futbolçusu Kleman Lanqle karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Everton” klubu 26 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Premyer Liqa təmsilçisinin yaxın zamanda “Barselona” ilə danışıqlara başlayacağı gözlənilir.

Lanqlenin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Fransalı müdafiəçinin “transfermarkt”da dəyəri 25 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"