“İrəvanla Moskva arasındakı ziddiyyətlər yalnız Bakı və Ankaranın xeyrinədir"

8 Sentyabr 2023 15:30 Gündəm 760
“İrəvanla Moskva arasındakı ziddiyyətlər yalnız Bakı və Ankaranın xeyrinədir"

“Ermənistan ictimaiyyəti bir sadə həqiqəti aydın şəkildə dərk etməlidir: biz bunu nə qədər istəsək də, regionda sülh dövrü olmayacaq”.

Bunu erməni iranşünas, qatı revanşist Vardan Voskanyan deyib.

Onun sözlərinə görə Ermənistan üçün müharibənin qaçılmaz olduğu şəraitdə panikaya düşmək və başını “divarlara çırpmaq” yox, xaricdə potensial tərəfdaşlarla ona effektiv hazırlaşmaq lazımdır.

Voskanyanın fikrincə, Ermənistan rəhbərliyi Rusiya ilə xüsusilə hərbi-siyasi sahədə daha sıx əməkdaşlığa çalışmalıdır.

“İrəvan və Moskva arasında qarşılıqlı ittihamların hökm sürüldüyü hazırkı mərhələ münasibətlərə ciddi zərbə vurur və bu, yalnız Bakı və Ankaranı ruhlandırır. Əgər problemlər varsa, o zaman onlar müsahibə və təbliğat səviyyəsində deyil, hakimiyyətin məntiqinin tələb etdiyi kimi, daxili kanallarla həll edilməlidir”, -deyə ekspert bildirib.

Digər Xəbərlər
Xəbər Lenti