"Mançester Siti" 7-ci dəfə Premyer Liqa çempionu oldu

12 May 2021 01:24 İngiltərə 662
"Mançester Siti" 7-ci dəfə Premyer Liqa çempionu oldu

"Mançester Siti" 2020/21 mövsümündə vaxtından əvvəl ölkə çempionu olub.

Sportinfo.az xəbər verir ki, bu, turnir cədvəlində ikinci yer tutan "Mançester Yunayted"in “Lester”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra məlum olub.

Xosep Qvardiolanın yetirmələri "Mançester Yunayted"i 10 xalla qabaqlayırlar. Komandalar çempionatda üç matç keçirəcəklər.

"Mançester Siti" yeddinci dəfə İngiltərə çempionu olub. 2016-cı ildən komandanın baş məşqçisi işləyən Qvardiola “Mançester Siti”ni üçüncü dəfə turnir cədvəlində birinci yerə yüksəldib.

Daha əvvəl "Mançester Siti" ispan mütəxəssisin rəhbərliyi altında 2017/18 və 2018/19 mövsümlərində də ölkə birincisi olub.

Ötən mövsümdə çempionluq titulunu "Liverpul" qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!