Bu klub yeni mövsümdə Premyer Liqada çıxıış etməyəcək

11 May 2021 10:00 İngiltərə 507
Bu klub yeni mövsümdə Premyer Liqada çıxıış etməyəcək

Fulhem" növbəti mövsüm İngiltərə Premyer Liqasında mübarizə aparmayacaq.

Sportinfo.az xəbər verir ki, komandanın 35-ci turda "Bernli"yə 0:2 hesablı məğlubiyətindən sonra elitanı tərk edəcəyi dəqiqləşib.

Hazırda 27 xalı olan "Fulhem" son üç turda qalib gəlsə belə, Premyer Liqada qalmağa imkan verən 17-ci pillədəki "Sauthempton"a (37 xal) çata bilməyəcək.

Beləliklə, London təmsilçisi İngiltərə futbolunun elitasına qayıtdıqdan sonra ilk mövsümündə yüksək liqanı tərk edib.

"Fulhem" rəsmi olaraq Premyer Liqanı tərk edən üçüncü və son komanda olub. Bundan əvvəl "Şeffild Yunayted" və "Vest Bromviç"in əsas liqadan ayrılacağı dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”