Futbol ənənəsi olan rayonda uzun illərdən sonra yeni klub! - FOTO

2 Oktyabr 2023 09:40 Region Liqası 4 228
Futbol ənənəsi olan rayonda uzun illərdən sonra yeni klub!  - FOTO

Bərdə uzun illər davam edən aradan sonra futbol ailəsinin sıralarına qayıdıb.

Rayonda eyniadlı komanda yaradılıb.

Əyalət təmsilçisi üzümüzə gələn mövsümdən Region Liqasında qüvvəsini sınayacaq.

Bərdənin sonuncu təmsilçisi «ABN Bərdə» olub. Onlar 13 il əvvəl fəaliyyət göstərib. Öncə I Liqada mübarizə aparan ABN daha sonra Premyer Liqada çıxış edib.

Burada yerini qoruya bilməyən kollektiv cəmi 1 il ayaqda qala bilib. Ovaxtkı icra başçısı Vidadi Ağayevin yaratdığı klub onun vəzifədən gedişi ilə «ömrünü başa vurub».

2023/24-ci il mövsümünün püşkatma mərasimi oktyabrın əvvəlində keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır. Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Şimal”, "Masallı", "Qala" və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala” və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti