"Mən bütün məsuliyyəti üzərimə götürürəm, hələ də məğlubiyyətin acısını çəkirəm”

11 May 2021 00:28 İngiltərə 959
"Mən bütün məsuliyyəti üzərimə götürürəm, hələ də məğlubiyyətin acısını çəkirəm”

"Arsenal"ın baş məşqçisi Mikel Arteta növbəti dəfə komandanın Avropa Liqasında mübarizəsini dayandırması haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis hələ də bunun acısını çəkdiyini deyib:

"Mən bütün məsuliyyəti üzərimə götürürəm. Hələ də məğlubiyyətin acısını çəkirəm. Bunu mənim bədən dilimdən də görə bilərsiniz.

Kiçik şeylər nəticəyə qərar verdi. Bu qədər yaxşı addım atdıq. Bəziləri görünür, bəziləri görünmür. Ancaq "Arsenal"ın təməli var".

"Arsenal" Avropada Liqasının yarımfinalında "Vilyarreal"a 2 oyunun cəmində (1:2, 00) uduzaraq mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti