Paytaxt klubu 6 futbolçu ilə yollarını ayıracaq

28 Aprel 2021 18:20 İngiltərə 601
Paytaxt klubu 6 futbolçu ilə yollarını ayıracaq

“Arsenal” yayda altı futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football London” portalı məlumat yayıb.

Xəbərdə “Arsenal”ın yayda Eynsli Meytlend-Naylz, Edvard Nketia, Lukas Torreyra, Matteo Genduzi, Hektor Belerin və Aleksandr Lakazettlə yollarını ayıracağı bildirilib.

Klub rəhbərliyi sözügedən futbolçular üçün gələcək təklifləri dəyərləndirəcək. “Arsenal” hazırda İngiltərə Premyer Liqasında 10-cu sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti