Premyer Liqa klubu 17 yaşlı hücumçu aldı - Braziliyadan

24 Aprel 2021 01:24 İngiltərə 750
Premyer Liqa klubu 17 yaşlı hücumçu aldı - Braziliyadan

"Mançester Siti" "Fluminense"nin futbolçusu Kayki da Silvanı transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun "Tvitter" səhifəsi məlumat yayıb.

17 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, Braziliyada bu mövsüm başa çatdıqdan sonra İngiltərə təmsilçisinə qoşulacaq.

Britaniya mətbuatı bu transfer üçün "Mançester Siti"nin 10.5 milyon funt sterlinq ödəyəcəyini yazıb.

Kayki bu mövsüm "Fluminense"də meydana çıxdığı 8 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti