"Bu hücumçunun Premyer Liqada qalmasından narahat olmaram”

10 Aprel 2021 15:20 İngiltərə 404
"Bu hücumçunun Premyer Liqada qalmasından narahat olmaram”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandadan ayrılacaq Serxio Aqueronun başqa Premyer Liqa klubunda oynayacağı haqda xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib:

“Aqueronun İngiltərə Premyer Liqasında qalacağından narahat olaram? Xeyr. Ona ən yaxşısını diləyirik. Əlbəttə, karyerasının son illərində ən üstün klublarda oynamasını istəyirəm.

Biz öz növbəmizdə də onun özü, ailəsi və karyerası üçün verdiyi ən yaxşı qərarlardan məmnun qalacağıq. Mən onun seçiminə hörmət edirəm. Aquero üçün ən yaxşısı bizim üçün ən yaxşısıdır".

S.Aquero yayda “şəhərlilər”dən ayrılacağını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti