"Mançester Siti" norveçli yarımmüdafiəçini transfer etmək istəyir

8 Aprel 2021 12:00 İngiltərə 913
"Mançester Siti" norveçli yarımmüdafiəçini transfer etmək istəyir

"Mançester Siti" "Şeffild Yunayted"in yarımmüdafiəçisi Sander Berqeni transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola norveçli futbolçunun oyunlarını izləyib və transfer edilməsini rəhbərlikdən istəyib.

Premyer Liqadan düşəcəyi gözlənilən "Şeffild Yunayted" isə 23 yaşlı futbolçunu 30 milyon avroya satmağa hazırlaşır.

"Şeffild Yunayted" Berqeni 2020-ci ilin yanvarında Belçikanın "Genk" klubundan 24 milyon avroya transfer edib. O, bu mövsüm Premyer Liqada keçirdiyi 13 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu