“UEFA və FİFA futbolçuları öldürür, buna dözə biləcək kimsə yoxdur”

6 Aprel 2021 18:40 İngiltərə 568
“UEFA və FİFA futbolçuları öldürür, buna dözə biləcək kimsə yoxdur”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis, bu mövsümkü sıx qrafikdən şikayətlənib:

“Futbolçular insandır, maşın deyil. Hər oyun oynamadığı üçün əsəbiləşən futbolçular var. Lakin belə qrafikdə bu qədər oynamaq mümkün deyil.

Onların da istirahətə ehtiyacı var. UEFA və FİFA futbolçuları öldürür. Çox sıx qrafik var. Belə cədvələ nə fiziki, nə də əqli cəhətdən dözə biləcək futbolçu yoxdur”.

“Mançester Siti” Premyer Liqada liderdir.

Digər Xəbərlər
Xəbər Lenti