"Məni transfer etmək istəsə və mən də getsəm, sədaqət olardı?"

5 Aprel 2021 01:52 İngiltərə 523
"Məni transfer etmək istəsə və mən də getsəm, sədaqət olardı?"

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunner Sulşer "Mançester Siti"dən mövsümün sonunda ayrılacaq Serxio Aqueronu transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, norveçli mütəxəssis iddialara son nöqtəni qoyub:

"Mançester Yunayted"də oynayarkən rəqibimiz məni transfer etmək istəsə və mən də getsəm, sədaqət olardı?

10 il bir komandada oynayan futbolçunun şəhərin digər klubuna keçəcəyini gözləmirəm.

Biz peşəkarıq, anlayıram, amma "Mançester Yunayted"də uzun illər oynayıb, "Mançester Siti"yə keçə bilmərsiz. Əlbəttə, bəzi istisnalar var, amma ad çəkməyim doğru deyil".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!