"Bizim üçün Premyer Liqanı qazanmaqdan daha yaxşı bir şey yoxdur"

4 Aprel 2021 18:20 İngiltərə 876
"Bizim üçün Premyer Liqanı qazanmaqdan daha yaxşı bir şey yoxdur"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola konandasının oyunu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Lester"lə matçdan (2:0) sonra açıqlamasında deyib:

"Futbolçularıma inanıram. Onlar qarşılıqlı anlaşma ilə əla işlər görürlər. Bizim üçün Premyer Liqanı qazanmaqdan daha yaxşı bir şey yoxdur. Turnir 11 ay davam edir. Məqsədimizə yaxınıq. Cəmi 3 qələbə qaldı".

"Mançester Siti" turnir cədvəlində 74 xalla vahid liderdir.

Digər Xəbərlər
Xəbər Lenti