Premyer Liqa klubu təzminat ödədi, hücumçu transfer etdi

9 Sentyabr 2023 01:20 Sumqayıt 2 277
Premyer Liqa klubu təzminat ödədi, hücumçu transfer etdi

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Akademiya Pandeva"nın hücumçusu Kristian Velinovskini transfer edib.

Bu barədə Şimali Makedoniya klubunun mətbuat xidməti məlumat yayıb.

"Sumqayıt"ın 24 yaşlı forvard üçün qarşı tərəfə təzminat ödədiyi bildirilib.

Kristian Velinovski "Akademiya Pandeva"nın heyətində keçirdiyi 116 rəsmi matçda 15 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti