Onun qəlbini kim qırıb? - "O, gedəndə tamamilə ruhdan düşmüşdüm"

16 Fevral 2021 15:20 İngiltərə 560
Onun qəlbini kim qırıb? - "O, gedəndə tamamilə ruhdan düşmüşdüm"

“Liverpul”un sabiq futbolçusu, hazırda “Qlzaqo Reynecers”in baş məşqçisi olan Stiven Cerrard Fernando Torresin “Çelsi”yə keçidi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Cerrar bu keçidin onun üçün gözlənilməz olduğunu deyib.

O, Torresin bu hərəkətlə onun qəlbini qırdığını da etiraf edib: “Torres gedəndə tamamilə ruhdan düşmüşdüm. Həmin vaxt biz səylə çalışırdıq ki, çempionluq uğrunda mübarizə aparaq.

Hiss olunurdu ki, sürətlə inkişaf edirik. Və belə bir vaxtda sizin ən yaxşı oyunçularınızdan birini aparırlar. Bununla barışmaq üçün vaxta ehtiyac lazım olur.

Torreslə birgə çıxış edəndə mən çox qol vururdum. Həmin vaxt formamın pik nöqtəsində idim və özümü əla hiss edirdim.

Başa düşürəm ki, hər kəsin fərqli düşüncəsi olur. İnsanların arzu və istəkləri var, onu reallaşdırmaq üçün səy göstərirlər.

Bunu başa düşürəm və hörmət edirəm. Təəssüf ki, mən Toreslə birgə çox oynaya bilmədim. O, “Çelsi”yə keçdi və mənim qəlbimi qırdı”.

Digər Xəbərlər
Xəbər Lenti