İSTEFA VERMİR: "Heç kim mənə görə narahat olmasın"

16 Fevral 2021 12:00 İngiltərə 862
İSTEFA VERMİR: "Heç kim mənə görə narahat olmasın"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp istefa verəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu cür fikrinin olmadığını deyib:

"Xeyr, belə bir planım yoxdur. Fasiləyə ehtiyacım da yoxdur. Bu haqda xəbərlər eşitmişdim. Onsuz da hamı necə çətin bir dönəmdən keçdiyimizi bilir.

Amma işimə qayıdanda dəyişirəm. Şəxsi həyatımla işimi birləşdirmirəm. Əlbəttə ki, şəxsi həyatdakı çətinliklər mənə təsir edir.

Amma heç kim mənə görə narahat olmamalıdır. Bəlkə də yaxşı görünmürəm. Hər gün yatıram. Günlər keçdikcə saqqalım ağarır. Amma enerji qazanıram".

"Liverpul" bu mövsüm Premyer Liqada 40 xal toplayıb və 4-cü pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"