Premyer Liqa klubunun müdafiəçisi "Zalsburq”a keçdi - FOTO

22 Yanvar 2021 01:52 İngiltərə 549
Premyer Liqa klubunun müdafiəçisi "Zalsburq”a keçdi - FOTO

“Zalsburq” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Avstriya klubu İngiltərə Premyer Liqasında mübarizə aparan “Brayton”un müdafiəçisi Bernardonu heyətinə qatıb.

Bu barədə “Zalsburq”un rəsmi saytı məlumat yayıb. Avstriya təmsilçisi 25 yaşlı braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.

“Zalsburq” Bernardo üçün tanış klubdur. Belə ki, o, 2016-cı ildə bu komandanın heyətində 16 oyuna çıxıb, 1 qol vurub.

2018-ci ildən “Brayton”un uğurları üçün çalışan Bernardo, İngiltərədən öncə Almaniyada “Leyptsiq”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti