Məşhur hücumçu koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi - FOTO

22 Yanvar 2021 00:28 İngiltərə 415
Məşhur hücumçu koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi - FOTO

“Mançester Siti”nin hücumçusu Serxio Aquero koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə argentinalı hücumçu “Tvitter”dəki səhifəsində məlumat yayıb:

“Koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra özümü təcrid etdim, amma verdiyim sonuncu COVID-19 testi pozitiv oldu. Xəstəliyin bəzi əlamətləri var idi və indi ən qısa müddətdə sağalmaq üçün həkimin dedikərini yerinə yetirirəm”.

Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti