Qapıçı Premyer Liqadan Xorvatiya klubuna yollandı

20 Yanvar 01:52 İngiltərə 356
Qapıçı Premyer Liqadan Xorvatiya klubuna yollandı

“Aston Villa”nın qapıçısı Lovre Kaliniç karyerasını Xorvatiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı kiper "Hayduk”a keçib.

Bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kaliniç, 2023-cü ilin yayına qədər icarə əsasında “Hayduk”da çıxış edəcək.

Kaliniç bu mövsüm “Aston Villa” ilə Premyer Liqada heç bir oyuna çıxmayıb.

“Hayduk”un yetirməsi olan qapıçı Xorvatiya yığmasında 19 oyun keçirib.

Xəbər Lenti
24 Fevral 12:40 "İndi daha yaxşıyıq"