Yaxın keçmişin məşhur hücumçusu baş məşqçi postuna gətirildi

16 Yanvar 2021 01:52 İngiltərə 530
Yaxın keçmişin məşhur hücumçusu baş məşqçi postuna gətirildi

“Derbi Kaunti”nin baş məşqçisi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, klub baş məşqçi səlahiyyətlərini icra edən Ueyn Runi ilə müqavilə imzalayıb.

Onun sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

UUeyn Runi 2020-ci ildən “Derbi Kaunti”nin formasını geyinirdi. İngiltərə yığmasının keçmiş üzvü “Mançester Yunayted”dəki çıxışı ilə məşhurlaşıb.

O, 2020-ci ilin noyabr ayında Filipp Kokunun istefaya göndərilməsindən sonra baş məşqçi funksiyasını yerinə yetirirdi.

Digər Xəbərlər
Xəbər Lenti