"Beşiktaş"ın yetirməsi Azərbaycanın Birinci Liqasında

24 Avqust 2023 08:20 I Divizion 1 402
"Beşiktaş"ın yetirməsi Azərbaycanın Birinci Liqasında

Azərbaycanın U-19 və U-21 yığmasının sabiq üzvü Ege Atlam yenidən ölkəmizə gəlib.

Sportinfo.az xəbər verir ki, ötən mövsüm "Araz-Naxçıvan"ın heyətində birinci divizionda oynamış yarımmüdafiəçi 2023/2024 mövsümünü Azərbaycan I Liqasında keçirəcək.

O, yeni sezondan iddialılar sırasında olacağı gözlənilən "İrəvan"la anlaşıb. Atlam artıq Bakıya gəlib və adıçəkilən klubla bir illik müqaviləyə qol çəkib.

"Beşiktaş"ın yetirməsi olan Atlam karyerası ərzində "Bayrampaşaspor", "Çatalcaspor" klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti