75 milyon - "Mançester Yunayted" Poqbaya qiymət qoydu

13 Yanvar 2021 00:28 İngiltərə 351
75 milyon - "Mançester Yunayted" Poqbaya qiymət qoydu

"Mançester Yunayted" Pol Poqbaya qiymət qoyub.

Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin başlanğıc qiyməti 75 milyon avrodur.

Bildirilib ki, 27 yaşlı oyunçu ilə "Real" və PSJ maraqlanır.

Nəşr klubun futbolçunu bu ilin yayında satmaq və ona 2016-cı ildə ödədikləri 105 milyon avrodan bir qismini geri qaytarmaq istədiyini yazıb.

Poqba bu mövsüm İngiltərə Premyer Liqasında 13 oyunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!