Premyer Liqa klubunun hücumçusu karantinə göndərildi

13 Yanvar 2021 00:14 İngiltərə 294
Premyer Liqa klubunun hücumçusu karantinə göndərildi

"Mançester Siti"nin futbolçusu Serxio Aquero 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola deyib.

İspaniyalı mütəxəssis bildirib ki, argentinalı hücumçu koronavirusa yoluxmuş şəxslə yaxın ünsiyyətdə olduğu üçün karantinə göndərilib.

33 yaşlı forvard İngiltərə Premyer Liqasında "Brayton" (13 yanvar) və "Kristal Pelas"la (17 yanvar) matçları buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı