"Mənə kapitan olacağımı deyəndə, bunun reallıq olmadığını düşündüm"

12 Yanvar 2021 10:20 İngiltərə 394
"Mənə kapitan olacağımı deyəndə, bunun reallıq olmadığını düşündüm"

“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey komandadakı karyerası ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu kapitan sarğısını daşımasından və kluba sevgisindən danışıb:

“Baş məşqçimiz Ole-Qunnar Sulşer mənə kapitan olacağımı deyəndə, bunun reallıq olmadığını düşündüm. Kluba gələndə beş yaşım vardı və indi 19 il keçib. Bu, mənim üçün böyük qürurdur.

Baş məşqçiyə təşəkkür etməliyəm, amma ona bunu bildirməyin ən yaxşı yolu meydandakı çıxışım və əlimdən gələni etməyimdir. Bu klubu çox sevirəm. Hər gün burda məşq etdiyim, oynadığım üçün xoşbəxtəm”.

“Mançester Yunayted”in yetirməsi olan Maktomineyin klubla müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı