Sulşer onların “Mançester Yunayted”dən ayrılacağını açıqladı

10 Yanvar 2021 22:00 İngiltərə 489
Sulşer onların “Mançester Yunayted”dən ayrılacağını açıqladı

“Mançester Yunayted” iki futbolçusu – Serxio Romero və Markos Roxonun müqaviləsini yeniləməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer yerli mətbuata açıqlamasında deyib.

Norveçli mütəxəssis, hər iki futbolçu ilə müqaviləni yeniləməyəcəklərini və onlara klub axtardıqlarını bildirib. Roxo və Romeronun yaxın zamanda Premyer Liqa klubundan ayrılacağı gözlənilir.

Hər iki futbolçu ilə “Boka Xuniors” klubu yaxından maraqlanır. Roxo və Romeronun “Mançester Yunayted”lə sözləşməsi mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı