"Bakı" Azərbaycan çempionatına qələbə ilə başladı

23 Mart 2022 01:40 Həndbol 447
"Bakı" Azərbaycan çempionatına qələbə ilə başladı

Həndbol üzrə Azərbaycan çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, çempionatın açılış oyununda kişilərdən ibarət “Gənclər Birliyi” və “Bakı” komandaları üz-üzə gəliblər.

Şağan Olimpiya İdman Kompleksində baş tutan oyun “Bakı”nın 34:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonra meydana qadın həndbolçular çıxıblar. “İdman Akademiyası” komandası ilə görüşən “Qarabağ” klubu qarşılaşmanı öz xeyrinə başa vurub – 43:24.

Kişilərin mübarizəsində U-16 – U-18 İdman Akademiyası komandalarının görüşü heç-heçə başa çatıb – 29:29.

Daha sonra meydançaya çıxan “Azəryol” və “Azərsu” kollektivlərinin görüşündə daha inamlı oyun göstərən “Azəryol” rəqibini böyük hesabla məğlub edib – 34:3.

İlk oyun gününün sonuncu “Təhsil” – “Məhsul” matçı isə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Tərəflərin cəhdlərinə baxmayaraq, görüş sülhlə yekunlaşıb – 26:26

Martın 26-da “Bakı – “Təhsil”, “Qarabağ” – “Azəryol”, U-18 İdman Akademiyası – “Gənclər Birliyi”, “Azərsu” – “İdman Akademiyası” və “Məhsul” – U-16 qarşılaşmaları keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!