Zabit Səmədov Azərbaycan Ordusuna "Hummer" bağışladı

4 Dekabr 2020 16:00 Hadisə 1 354
Zabit Səmədov Azərbaycan Ordusuna "Hummer" bağışladı

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqovla əsgərlərimizin ziyarətinə gedən tanınmış kikboksçu Zabit Səmədov Azərbaycan Ordusuna hərbi təyinat üzrə istifadə olunan avtomobil hədiyyə edib.

Sportinfo.az-ın məlumatına görə, Səmədov «Hammer» markalı maşını Silahlı Qüvvələrin sərəncamına verib.

Sadıqov və Səmədov Vətən Müharibəsinin ilk günlərində cəbhə xəttinə yollanıb, əsgərlərlə görüşüb. «Zirə»nin çalışdırıcısı isə Orduya Dəstək Fonduna 50 min manat vəsait köçürüb.

Eyni zamanda, xatırlatmaq lazımdır ki, futbol ictimaiyyətinə kifayət qədər yaxşı tanış olan iş adamı Cavidan Qorçıyev Qarabağın azadlığı uğrunda vuruşan əsgərlərimizə köməklik göstərib.

Gənc biznesmen bu məqsədlə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsi avtomobilini hədiyyə edib. O, işlək vəziyyətdə olan «Hummer h3» markalı «pikap»ı təmənnasız olaraq sərhədçilərin ixtiyarına verib.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti