“Səndən mənə qardaş olmaz, sən ermənisən” - VİDEO

3 Dekabr 2020 09:00 Hadisə 654
“Səndən mənə qardaş olmaz, sən ermənisən” - VİDEO

Sportinfo.az xəbər verir ki, Qarabağda qanunsuz məskunlaşdırılmış, təhvil müddəti tamamlansa da, ərazilərimizdən çıxmamış bir erməni ilə azərbaycanlının dialoqunu əks etdirən görüntülər yayılıb.

Görüntüləri Baku TV əldə edib.

Videodan aydın olur ki, azərbaycanlı hərbçi ürək yanğısı ilə erməniyə kəndlərimizi yandırdıqlarını deyir. Erməni isə cavabında onun bu işdə əli olmadığını, bunun “böyüklərin işi” olduğunu dilə gətirir.

Hərbçimizin cavabı isə çox yerindədir:

“Kəndlilərimizin hamısını öldürdünüz, evlərimizi yandırdınız. Sən düşmən olmaqdan əlavə, ermənisən. Siz həmişə bizə problem yaratmısınız. Sənin oğlun, sənin bacın oğlu kimiləri bizim əsgərlərimizi yaralayıb, şəhid edib.

Mənə qardaş demə, səndən mənə qardaş olmaz. Sən ermənisən. Sənə şans yaratmışıq, əşyalarını yığ, get”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi