“Real”lıların bu şəkli müzakirə olunur - QALMAQALLI FOTO

2 Dekabr 2020 18:20 Hadisə 748
“Real”lıların bu şəkli müzakirə olunur - QALMAQALLI FOTO

“Real” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Şaxtyor”a məğlub olub – 0:2.

Sportinfo.az xəbər verir ki, “Şaxtyor”un ilk qolu zamanı “Real”ın futbolçularının meydandakı hərəkəti sosial şəbəkələrdə geniş müzakirə olunur.

Donetsk klubunun əks-hücumu zamanı “Real”ın 5 futbolçusu mərkəz xətdə toplaşır ki, bu da müdafiədə böyük boşluq yaradır. Bununla bağlı müxtəlif fikirlər səslənib.

Bəzi istifadəçilər isə bu məqamı DÇ-1986-da Argentina ilə Belçika arasında keçirilən oyunla müqayisə ediblər.

Həmin qarşılaşmada Dieqo Maradona Belçikanın 6 futbolçusunu özünə cəlb edə bilmişdi. İstifadəçi həmin məqamları müqayisə edərək belə yazıb: “Real”dan Maradonaya böyük hörmətlə”.

Digər Xəbərlər
Xəbər Lenti