Maradona ölümündən bir həftə əvvəl yataqdan yıxılıb və başı divara dəyib

2 Dekabr 2020 01:40 Hadisə 400
Maradona ölümündən bir həftə əvvəl yataqdan yıxılıb və başı divara dəyib

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona ölümündən bir müddət əvvəl başından xəsarət alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə onun keçmiş həyat yoldaşı Verenika Oxedanın sevgilisi Mario Bodri "Marca"ya açıqlamasında bildirib.

O deyib ki, keçmiş yarımmüdafiəçi ölümündən bir həftə əvvəl yataqdan yıxılıb və başının sağ hissəsi divara dəyib. Bodri bununla bağlı həkimə müraciət edilməyini də vurğulayıb.

Sevgilisi Veronikaynın Maradonanı görməyə gedərkən, həkimlə rastlaşmadığını söyləyib: "Dieqonun normal vanna otağı da olmayıb. Kempinqdəki kimi kimyəvi tualetləri olub. Otaq isə kiçik imiş, Maradonaya uyğun deyilmiş".

Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı