“Atəşkəsə nəzarət mərkəzində eyni sayda rus və türk hərbçilər olacaq”

1 Dekabr 2020 22:50 Hadisə 402
“Atəşkəsə nəzarət mərkəzində eyni sayda rus və türk hərbçilər olacaq”

“Rusiya və Türkiyə arasında Dağlıq Qarabağdakı atəşkəsə nəzarət üçün yaradılacaq ortaq mərkəzin heyətində hər iki ölkədən bərabər sayda hərbçilər olacaq”.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.

“Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında 11 noyabrda imzalanan memoranduma uyğun olaraq atəşkəs və bütün hərbi faəliyyətlərə nəzarət üzrə Rusiya və Türkiyə ortaq mərkəzinin yerləşdirilməsi və istismarı qaydaları barədə razılıq əldə edilib.

Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Ortaq mərkəzin təşkilati strukturunda rus və türk hərbçilər bərabər sayda olacaq”,- deyə rus general bildirib.

Digər Xəbərlər
Xəbər Lenti