Maradonanın ölümündən əvvəlki SON GÖRÜNTÜLƏRİ

29 Noyabr 2020 14:00 Hadisə 585
Maradonanın ölümündən əvvəlki SON GÖRÜNTÜLƏRİ

Sportinfo.az xəbər verir ki, sosial şəbəkələrdə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən bir gün əvvəlki videosu yayılıb.

Videonu idmançının qonşusu öz evinin pəncərəsindən çəkib.

Kadrlarda görünür ki, Maradona kömək olmadan hərəkət edə bilmir. O, köməkçilərin çiyinlərinə söykənərək küçə boyu gəzişib.

Həmin anda qonşunun oğlu keçmiş futbolçunu salamlayıb. Sabiq futbolçu isə buna cavab olaraq ona əl edib. Bundan sonra oğlan anasına deyib ki, Maradonanın özü onunla salamlaşıb.

Noyabrın 25-də 60 yaşlı sabiq futbolçunun ürək tutmasından öldüyü məlum olub. Cərrahi əməliyyatdan sonra bərpa dövrü keçən Maradona Buenos-Ayres yaxınlığındakı Tiqr şəhərindəki evində vəfat edib.

Onun vəfatı ilə əlaqədar Argentinada üç günlük matəm elan olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı