Paytaxt klubunun futbolçusu avtomobil qəzasına düşdü

26 Noyabr 2020 22:00 Hadisə 403
Paytaxt klubunun futbolçusu avtomobil qəzasına düşdü

"Arsenal"ın futbolçusu Co Uillok avtomobil qəzasına düşüb.

Sportinfo.az xəbər verir ki, hadisə ötən şənbə (21 noyabr) baş verib.

O, Mercedes-Benz G- Class markalı avtomobili ilə məşqə gedən zamanı yüksək sürət səbəbindən idarəetməni itirib. Avtomobilə ciddi ziyan dəysə də, 21 yaşlı oyunçu zədələnməyib. Ertəsi gün, o, "Lids"lə oyunda (0: 0) meydana daxil olub.

Co Uillok bu mövsüm "Arsenal"da bütün turnirlərdə 6 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!