“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın” dedinizmi?"

25 Noyabr 2020 11:10 Hadisə 394
“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın” dedinizmi?"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xalqların Demokratik Partiyasının (HDP) erməni deputatı Qaro Paylanın Ermənistanla bağlı çıxışına sərt cavab verib.

Sportinfo.az xəbər verir ki, XİN rəhbəri erməni deputatın “Mənim xəyalım var: Türkiyənin Qardaş Azərbaycan dediyi kimi “Qardaş Ermənistan” da deyə bilməsidir” sözlərinə cavab olaraq “Bu günə qədər “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın” dedinizmi? Heç vaxt “Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Ermənistan oradan çəkilsin” demədiniz”,- deyə cavab verib.

Çavuşoğlu Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların bundan sonra davam edəcəyini və Azərbaycanın danışıqlara hazır olduğunu bildirib.

Rusiya, Ermənistan və Azərbaycanın razılaşma imzaladığını xatırladan Çavuşoğlu, Türkiyənin də yerində yoxlama, araşdırma, hesabatlaşdırma və lazımı addımları atmaqla bağlı Rusiya ilə ayrıca razılaşma imzaladığını qeyd edib.

Türkiyə ve Azərbaycana qarşı tənqidlərin yersiz olduğunu qeyd edən xarici işlər naziri 30 ildir Azərbaycanın torpaqlarının işğal altında olduğunu və müxtəlif atəşkəs razılaşmalarının isə Ermənistan tərəfindən pozulduğunu bir daha xatırladıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!