"Azərbaycan Ordusu dağıdır, ümid etməyin"

30 Oktyabr 2020 00:00 Hadisə 508
"Azərbaycan Ordusu dağıdır, ümid etməyin"

Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz.

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistanın "Adekvad" hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyilir.

Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisindədir: “Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbaycanın pulunun və resurslarının bizimkindən daha tez tükənəcəyinə ümid etmək lazım deyil.

Bir vacib həqiqəti anlamalıyıq ki, Rusiya Qarabağı bizim üçün qorumayacaq və itirdiyimiz əraziləri nəzarətimizə qaytarmayacaq, o, yalnız Ermənistan Respublikasını xilas edə bilər”.

Cəbhə xəttindəki vəziyyətə toxunan erməni hərəkatının qurucusu Ermənistanın demək olar ki, bütün istiqamətlərdə “ağrılı” geriçəkilmə yaşadığını vurğulayıb:

“Hərbi texnika və xüsusi personal sahəsində Ermənistanın ciddi itkiləri var. Azərbaycan Ordusunun ehtiyatları tükənməzdir, bizim ordumuz isə artıq taqətdən düşüb”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı