Ermənilərin Goranboyda öldürdüyü şəxsin kimliyi açıqlandı

29 Oktyabr 2020 18:41 Hadisə 228
Ermənilərin Goranboyda öldürdüyü şəxsin kimliyi açıqlandı

Baş Prokurorluğun Mətbuat xidməti Goranboyda mülki şəxsin öldürülməsi ilə bağlı məlumat yayıb.

Sportinfo.az həmin məlumatı təqdim edir:

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

29.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti