Klubun fəaliyyətini dayandırılmasına qərar verildi – PROBLEM

29 Oktyabr 2020 18:34 Hadisə 457
Klubun fəaliyyətini dayandırılmasına qərar verildi – PROBLEM

Tunis futbolunda qeyri-adi hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, yerli futbol federasiyasının “Çebba” klubunun fəaliyyətini dayandırmaqla bağlı qərarı şəhər sakinlərinin ciddi narazılığına səbəb olub.

Klubun dəstək koordinasiyası ölkə prezidentinə və yerli hökumətə rəsmi xəbərdarlıq göndərib. Qərarın ləğv edilməyəcəyi təqdirdə Çebba şəhərinin sakinləri İtaliyaya köçəcəklər. Artıq 1943 nəfər şəhəri tərk etməklə bağlı siyahıya adını yazdırıb.

Onları İtaliyaya aparmaq üçün 47 gəmi ayrılıb. Çebba sakinləri son qərar üçün sabaha qədər vaxt verib.

“Çebba” yeni mövsümlə bağlı tələb olunan sənədləri tam təqdim etmədiyi üçün Tunis Futbol Federasiyası klubun fəaliyyətinin dayandırılmasını və 2020/21 mövsümündə bütün turnirlərdən kənarda qalmasını qərara alıb.

Digər Xəbərlər
Xəbər Lenti