“Onların hamısını məsuliyyətə cəlb edəcəyik” - Prezident

29 Oktyabr 2020 01:30 Hadisə 282
“Onların hamısını məsuliyyətə cəlb edəcəyik” - Prezident

“Əlbəttə, böyük ərazilərin öz nəzarətimizə qaytarılması artım üçün, inkişaf üçün, ilk növbədə, kənd təsərrüfatının və turizmin inkişafı üçün böyük potensialdır.

Ona görə ki, Qarabağ regionu ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Həm təbii faydalı qazıntılarla, həm qızılla, sink və qurğuşunla zəngindir. Yeri gəlmişkən, Ermənistan Kəlbəcərdə bir neçə xarici şirkətlə bərabər qızılın qanunsuz hasilatını həyata keçirir. Lakin biz, əlbəttə, onların hamısını müvafiq hüquqi prosedurlar vasitəsilə məsuliyyətə cəlb edəcəyik. Ona görə də bu regionun perspektivi Azərbaycanın davamlı inkişafı üçün, ilk növbədə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacib olacaq. Lakin anlamaq lazımdır ki, birinci mərhələdə bu, çox böyük maliyyə məsrəfləri tələb edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"