Sportinfo.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi hədəfə alır.
"Qafqazinfo"nun məlumatına görə, günorta saatlarında düşmən mərmilərindən biri Ağdamın Baharlı qəsəbəsində yerləşən körpələr evinə düşüb.
Nəticədə binada dağıntılar əmələ gəlib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.