“Koronavirusun varlığına inanmıram” deyən fenomen virusdan öldü - FOTO

20 Oktyabr 2020 09:42 Hadisə 455
“Koronavirusun varlığına inanmıram” deyən fenomen virusdan öldü - FOTO

COVİD-19-un varlığına şübhə edən 33 yaşlı fitness müəllimi Dmitriy Stujuk testinin müsbət olmasından sonra ölüb.

Sportinfo.az xəbər verir ki, Ukraynada yaşayan Stujuk 3 gün əvvəl 1,1 milyonluq “İnstagram” hesabında xəstəxanadan fotosunu yayaraq COVİD-19-a yoluxduğunu açıqlayıb.

Fenomen Türkiyədən istirahətdən qayıdarkən nəfəs darlığı və öskürək olduğunu hiss edib və həkimə gedib. O, testin nəticəsini öyrəndikdən sonra koronavirusa yoluxduğunu bilib.

Həkimlərin səyinə baxmayaraq, o, virusdan həyatını itirib. Məşhur fitness modelinin 3 övladı var imiş.

Digər Xəbərlər
Xəbər Lenti