"Uduzmusan, dilxorsan və bilmirsən nə edəsən… Olan şeydir"

27 Sentyabr 2020 16:40 Hadisə 542
"Uduzmusan, dilxorsan və bilmirsən nə edəsən… Olan şeydir"

"Emosiyalar yüksək idi, istənilən söz hər iki tərəfə təsir edə bilərdi".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səsləndirib.

Dünən "Səbail" və "Sabah" arasında Azərbaycan Premyer Liqasının IV tur matçından sonra insident baş verib. Meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevlə qonaqların yarımmüdafiəçisi Coşqun Diniyevin sözü çəp gəlib.

Diniyevin artıq hərəkətlər etməsinə digər futbolçular imkan verməyib. Gənc mütəxəssis yaranmış qarışıqlığı əsəb gərginliyi ilə izah edib:

"Çoşqunla Elçin Rəhimli arasında qısa mübahisə yarandı, ciddi bir şey baş vermədi. Mən də topun bizim tərəfə atılmasını xoş qarşılamadım.

Sonra Coşqundan xəbər gəldi ki, hisli olmuşam, topu qəsdən sizin tərəfə vurmamışam. O vəziyyətə istənilən futbolçu düşə bilər. Uduzmusan, dilxorsan və bilmirsən nə edəsən…

Bunlar futbolun içində olan şeylərdir. Ona görə də şişidilməsinin tərəfdarı deyiləm. Oldu və keçdi".

Digər Xəbərlər
Xəbər Lenti