Nəriman qələbədən sonra ölən qardaşı üçün ağladı - VİDEO

26 Sentyabr 2020 19:45 Hadisə 660
Nəriman qələbədən sonra ölən qardaşı üçün ağladı - VİDEO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” təşkilatının çempionu titulunu qoruyub.

Sportinfo.az xəbər verir ki, idmançımız buna Rusiyanın paytaxtı Moskvada keçirilən döyüşdə nail olub.

“Fight Night Global98” çərçivəsində döyüşə çıxan Abbasov rusiyalı rəqibi Mixail Qoqitidze ilə üz-üzə gəlib. 26 yaşlı döyüşçümüz 5 raundluq qarşılaşmanı vaxtından əvvəl bitirib. O, ikinci raundda boğucu fəndlə qalib gələrək yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub.

Qarşılaşmaya mərhum qardaşının fotosunu əks etdirən köynəklə çıxan Nəriman Abbasov qələbəni də Arzuman Abbasova həsr edib. Görüşdə bir dəqiqəlik sükut elan olunub və bu zaman Nəriman göz yaşlarını saxlaya bilməyib.

Nəriman Abbasovun qardaşı 17 yaşlı Arzuman Abbasov bu ilin fevralında Ramana qəsəbəsindəki evində dəm qazından zəhərlənərək dünyasını dəyişib. O da qardaşı kimi MMA döyüş növü ilə məşğul olub.

Digər Xəbərlər
Xəbər Lenti