Azərbaycanlı hakim nədə günahlandırılır? - VİDEO

26 Sentyabr 2020 19:02 Hadisə 904
Azərbaycanlı hakim nədə günahlandırılır? - VİDEO

Avropa Liqasının III təsnifat mərhələsində evdə Çexiya "Slovan"ına məğlub olan "Styaua" matçın azərbaycanlı baş hakimi Əliyar Ağayevdən narazıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun idman direktoru Mixay Stoyka "Prosport.ro" saytına açıqlamasında bildirib.

Klub rəsmisi 0:2 hesabı ilə uduzduqları görüş üçün FIFA referisini günahlandırıb. Stoyka Ağayevin qarşılaşmada düzgün qərarlar vermədiyini iddia edib:

"Matçın əvvəlində Ovidiu Perianuya qarşı kobudluq oldu. Futbolçu bəlkə də, normal şəkildə yerə yıxılmadı. Amma penalti verilə bilərdi, hakim isə simulyasiyaya görə futbolçumuzu sarı vərəqə ilə cəzalandırdı.

Halbuki bu penalti idi. 20-ci dəqiqədə Stefan Sana qayda pozuntusuna görə qırmızı vərəqə aldı və meydandan kənarlaşdırıldı. Lakin orada çiyin-çiyinə mübarizə var idi".

Əliyar Ağayev sözügedən qarşılaşmada "Styaua"nın 2, "Slovan"ın isə 3 futbolçusuna sarı vərə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti