"Məni sevin" - FOTOLAR

25 Sentyabr 2020 14:36 Hadisə 1 853
"Məni sevin" - FOTOLAR

BBC-nin İngiltərə bölməsinin aparıcısı Maya Cama Avropa Liqasında "Qalatasaray" - "Reyncers" oyunundan əvvəl etdiyi paylaşımla Şotlandiyada qalmaqala səbəb olub.

Sportinfo.az xəbər verir ki, gözəl aparıcı "Twitter" hesabından "Reyncers" formasında çəkilmiş fotosunu paylaşıb.

Bu foto Şotlandiyada "Seltik" - "Reyncers" savaşının yenidən alovlanmasına səbəb olub.

Maya paylaşdığı fotoya "Bu forma Qlozqodakı bir dostumdan doğum günü hədiyyəsi olaraq gəldi. Mənə bir saat ərzində "Reyncers"in ölkənin ən yaxşı komandası olduğunu anlatmışdı. "Reyncers" Şotlandiyadakı sevimli komandam ola bilər" yazıb.

Camanın bu paylaşımı "Seltik" azarkeşlərinin etirazına səbəb olub. Sərt etirazlardan sonra geri addım atan aparıcı "Deyəsən yeni "Seltik" - "Reyncers" savaşı başlatdım.

Qarışıqlıq istəmirəm. Gələcəkdə Qlazqoda rahat olmaq istəyirəm. Məni sevin. Şotlandları sevirəm, amma indi 3-cü Dünya müharibəsi istəmirəmsə,

futbol komandası məsələsində tərəf olmamalı olduğuu anladım. Həmçinin bilmədiyim üçün soruşuram. Babam Dollarda yaşayırdı. Bu səbəbdən orda yaşayırsınızsa, hansı komandanı dəstəkləyirsiz?" yazıb.

Digər Xəbərlər
Xəbər Lenti