Bu rayon qapılarını futbolun üzünə açdı - FOTOLAR

22 Sentyabr 2020 13:12 Hadisə 1 956
Bu rayon qapılarını futbolun üzünə açdı - FOTOLAR

Balakənin Şərif kəndində bu rayondan olan deputat Nəsib Məhəməliyevin təşəbbüsü və AFFA-nın təşkilatçılığı ilə "Kənd futbolunun inkişafı " ilə bağlı tədbir keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Rauf Əliyev və Sabir Hacıyev, eləcə də, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev iştirak edib.

Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov rayonun son zamanlar idmanda əldə etdiyi uğurlar barədə söz açaraq, Balakənin hər zaman idman sahəsində öncül yerlərdə olduğunu bildirib.

AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev futbol sahəsi üçün görülən işlərdən danışaraq, Azərbaycanın hər bölgəsində bu idman növünün inkişafında federasiya rəhbərliyinin maraqlı olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən millət vəkili Nəsib Məhəməliyev AFFA rəhbərliyinə təşəkkür edərək, Balakən gənclərinin hər zaman idmana böyük həvəslə yanaşdığını, xüsusilə Qabaqçöl qəsəbəsindən dünya səviyyəli idmançıların çıxdığını deyib.

İcra başçısı İslam Rzayev bu gözəl layihəyə görə AFFA rəhbərliyinə təşəkkür edərək, Balakəndə idmanın hər növü, xüsusilə futbolun inkişafı üçün hər cür şərait olduğunu, rayon rəhbərliyinin gənclərin sağlam və milli ruhda yetişməsi üçün hər zaman bütün imkanları səfərbər etdiyini bildirib.

Daha sonra futbolla məşğul olan yeniyetmələrə AFFA rəhbərliyi adından idman geyimləri və futbol topları hədiyyə edilib.

Deputatlar və rayon rəhbərliyi qəsəbənin sakinləri ilə də qısa görüş keçirərək, onları maraqlandıran suallara cavab verib, problemlərini dinləyiblər. Tədbir yeniyetmələrin futbol oyunu ilə davam edib.

Digər Xəbərlər
Xəbər Lenti