FIFA-nın Avropa Milli Assosasiyaları üzrə direktoru Elxan Məmmədov Gürcüstanda Futbol Federasiyasının (GFF) prezident seçkilərində iştirak edib.
Sportinfo.az xəbər verir ki, bu barədə GFF-nın rəsmi saytı məlumat yayıb.
GFF-nın prezidenti yenidən Levan Kobiaşvili seçilib. Deputat da olan Kobiaşvili 2015-ci ilin oktyabrından bu postdadır.