Arda Turan müraciət etdi: "İnsanlarımızın köməyinizə ehtiyacı var" - FOTO

7 Fevral 2023 10:00 Hadisə 339
Arda Turan müraciət etdi: "İnsanlarımızın köməyinizə ehtiyacı var" - FOTO

Türkiyə millisinin sabiq üzvü Arda Turan ölkəsində baş verən zəlzələ ilə bağlı dünya ölkələrindən kömək istəyib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə instaqram hesabında etdiyi paylaşımda bildirib.

"Türkiyədə dördüncü dərəcəli həyəcan siqnalı elan edilib.

"Dördüncü dərəcəli həyəcan siqnalı" beynəlxalq yardım çağırışını əhatə edir. Dünyanın müxtəlif bölgələrindən bu mesajı oxuyanlar, ölkəmizdə zəlzələdən yaranan dağıntıların altında qalmış insanlarımızın xilas edilmək üçün köməyinizə ehtiyacı var", - deyə paylaşımda bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti